dünya başıma dar gəlmək (gəlir)

one is sick to death of everything / one has no use for anything на свет божий не глядел бы
dünya
dünya başına aylanmaq
OBASTAN VİKİ
Gəlir
Gəlir — İstehsal olunan məhsulun, tikintinin və xidmətin satışından əldə olunan vəsaitlərə, məvacibə gəlir deyilir. == Növləri == Gəlir dedikdə dövlətin, təşkilatların və ya əhalinin aşağıdakı gəlirləri başa düşülür: Dövlət gəlirləri — vergilərin, rüsumların, ödənişlərin, xarici ticarət əməliyyatlarının, xarici kreditlərin, xarici yardımların yığılması yolu ilə dövlət tərəfindən əldə edilən və dövlət funksiyalarını həyata keçirmək üçün istifadə edilən gəlirlərdir. Təşkilatın gəlirləri — iştirakçıların töhfələri istisna olmaqla, bu təşkilatın kapitalının artmasına səbəb olan aktivlərin (pul vəsaitlərinin, digər əmlakın) alınması və (və ya) öhdəliklərin (əmlak sahibləri) ödənilməsi nəticəsində iqtisadi mənfəətin artmasıdır . Təşkilatın adi fəaliyyətindən əldə edilən gəlir mal və xidmətlərin satışından əldə edilən gəlirdir. Əhalinin gəlirləri — vətəndaşların, ailələrin və ev təsərrüfatlarının nağd pul formasında əldə etdikləri şəxsi gəlirləri. Bunlara aşağıdakılar daxildir: əmək haqqı, pensiya, təqaüd, müavinətlər, öz təsərrüfatlarında istehsal olunan məhsulların satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə haqq şəklində nağd pul qəbzləri, qonorar, şəxsi əmlakın satışından, icarəyə verilməsindən əldə olunan gəlirlər. Qanuni və qeyri-qanuni gəlirlər də mövcuddur: qanuni gəlir — qanuni yolla əldə edilən gəlir; qeyri-qanuni gəlir — qanunsuz yolla əldə edilən gəlir. == Gəlirlərin ümumi anlayışı == Gəlir son dərəcə geniş tətbiqi olan bir termindir. Bu anlayış müxtəlif mənalarda istifadə olunur. Bu sözün ən ümumi mənası belədir — fəaliyyət nəticəsində vəsaitlərin, öhdəliklərin, maddi və qeyri-maddi dəyərlərin alınması.
Dar dərələr
Dar dərələr- Belə dərələrə Təngi tipli dərələr də deyilir.Bu tip dərələrin əsas xüsusiyyəti ondan ibarətdir ki,onlar dar olmaqla yanaşı nisbətən böyük yamaclara malikdirlər.Yamacların meyl bucağı bəzi hallarda 700-800,hətta 900 də çata bilər.Belə dərələrdə əsasən dərinlik və ya dib eroziyası hökm sürdüyündən onlar dərin olur.Digər tərəfdən suyun maksimal sürəti ilə əlaqədar olaraq bu dərələrdə müşahidə edilən süxur qırıntıları əsasən ölçüsünə görə iri olur.Belə dərələrin əmələ gəlməsində çöküntülərin fiziki xassələrinin böyük əhəmiyyəti vardır.Əgər həmin ərazidə nisbətən suda tez həll olan (məsələn:əhəngdaşı) süxurlar vardırsa,həmin dərənin əmələgəlməsi üçün əlverişli şərait yaranır.Digər tərəfdən böyük su keçiriciliyə malik olan çöküntülər(qum və qumdaşı) şaquli istiqamətdə daha tez yuyularaq,belə dərə tipinin əmələ gəlməsinə səbəb olur.Bu dərələr əsasən dağ silsilələrində müşahidə olunur.Məsələn:Qafqaz,Alp,Pamir,Himalay və s.
Əd-Dar
Əd-Dar (ər. الضار) — Allahın adlarından biri.
Gəlir effekti
Gəlir effekti (ing. income effect) — mikroiqtisadiyyatda bir məhsulun qiymətindəki dəyişiklik istehlakçının gəlirinə (istehlak qabiliyyətinə) təsir etdikdə və bu, bu məhsula tələbin dəyişməsi ilə müşayiət olunan təsir. == Tərifi == K.R. Makkonnell və S.L. Bryuya görə gəlir effekti məhsulun qiymətindəki dəyişikliyin istehlakçının gəlirinə (istehlakçı qabiliyyətinə) və istehlakçının alacağı məhsulun miqdarına təsiridir. Bir məhsulun qiymətinin aşağı düşməsi bu məhsulun alıcısının real gəlirinin artmasına səbəb olacaq. Müxtəlif malların, o cümlədən qiyməti aşağı salınan malların alış həcmi artdıqca alıcılıq qabiliyyəti artır.
Gəlir vergisi
Fiziki şəxslərin gəlir vergisi müəyyən şəxsin ümumi gəlirindən götürülür. Əsasən vergi ödəyən gəliri əldə etdikcə bu öhdəliyi yerinə yetirir. Vergi ilindən sonra isə kiçik dəyişikliklər baş verə bilər. Bu dəyişikliklər dövlətə ya verginin ödəyiciyinə köçürmələr, kim ki kifayət qədər pul ödəməyib; ya da artıq pulun verginin ödəyiciyinə qaytarılması ola bilər. Vergi sistemlər tez-tez vergi qoyula bilən ümumi gəliri azaltdıran güzəştlərə malikdilər. Bu bir gəlir mənbəsində itkiləri digər gəlir mənbəsində vergi güzəştlər ilə əvəz edə bilər. Misal üçün fond birjasında itkilər maaşlar üzrə vergilərin azaldılması ilə əvəz oluna bilər. == Azərbaycanda gəlir vergisi == Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Əsas gəlir
Əsas gəlir, bəzən qeyd-şərtsiz əsas gəlir, təməl gəlir, və ya universal əsas gəlir kimi qeyd olunur — bir vasitə testi və ya iş tələbi olmadan əhalinin müəyyən hissəsinin bütün vətəndaşlarına çatdırılan dövri bir ödəmə üçün hökumət dövlət proqramı. Əsas gəlir milli, regional və ya yerli formada həyata keçirilə bilər.
Real gəlir
Real gəlir — fərdlərin və ya dövlətlərin inflyasiya əsasında düzəlişlər edildikdən sonra əldə alınan gəlirləri. Bu, nominal gəlirin qiymət səviyyəsinə bölünməsi ilə hesablanır. Real gəlir və real ÜDM kimi real dəyişənlər fiziki vahidlərlə, nominal gəlir və nominal ÜDM kimi nominal dəyişənlər isə pul vahidləri ilə ölçülür. Buna görə real gəlir rifahın daha faydalı göstəricisidir, çünki o, gəlirlə alına biləcək əmtəə və xidmətlərin miqdarını ölçür.
Diskont gəlir
Diskontlu qiymətli kağızın gəliri — diskontla alınmış qiymətli kağız üzrə faiz gəliri. Düsturla hesablanır i d b = F − P F ∗ t y t {\displaystyle i_{db}={\frac {F-P}{F}}*{\frac {t_{y}}{t}}} burada F - qiymətli kağızın nominal dəyəri, P - qiymətli kağızın alınması qiyməti, ty - ildəki günlərin sayı, t - ödəmə müddətinə qədər qalan vaxt və ya qiymətli kağızın saxlanma vaxtı. == Haqqında == Diskontlu qiymətli kağız üzrə gəlir (diskont gəliri) ödəmə müddətinə qədər gəlirin hesablanması halında olduğu kimi qiymətli kağızın alış qiyməti ilə müqayisədə faiz gəlirini nominal dəyərlə ölçür. Bu göstərici xəzinə vekselləri üzrə gəlirləri hesablamaq üçün istifadə olunur. İstifadəsi ödəmə üçün gəlir göstəricisindən daha sadə hesablama düsturu ilə əlaqələndirilir. Diskont gəlir göstəricisi ABŞ Xəzinədarlığı istiqrazlarının ticarəti zamanı gəlirliliyin hesablanmasını sadələşdirdi. Bu düstur ticarət iştirakçıları arasında razılaşmanın nəticəsidir. == Ədəbiyyat == Теплова Т.В. Финансовый менеджмент: управление капиталом и инвестициями (PDF). М. 2000. 103–104.
Dar-əs-Salam
Dar-əs-Salam (suah. Dar es Salaam; ərəb. دار السلام‎, Dār as-Salām — Sülh evi) — Tanzaniyanın ən iri şəhəri və iqtisadi mərkəzi. Dar əs Salam regionunun mərkəzi. Əhalisi 2,5 milyon nəfərdir (2003). Afrika qitəsinin şərq hissəsində, Hind okeanı sahində yerləşi. Afrikanın və Tanzaniyanın ən iri portlarından sayılır. Ölkənin keçmiş paytaxtı olsa da orada hal-hazıradək mərkəzi hakimiyyət orqanları yerləşir.
Dar Emtedade Şab
== Filmin məzmunu == Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.
Dar əs Salam
Dar-əs-Salam (suah. Dar es Salaam; ərəb. دار السلام‎, Dār as-Salām — Sülh evi) — Tanzaniyanın ən iri şəhəri və iqtisadi mərkəzi. Dar əs Salam regionunun mərkəzi. Əhalisi 2,5 milyon nəfərdir (2003). Afrika qitəsinin şərq hissəsində, Hind okeanı sahində yerləşi. Afrikanın və Tanzaniyanın ən iri portlarından sayılır. Ölkənin keçmiş paytaxtı olsa da orada hal-hazıradək mərkəzi hakimiyyət orqanları yerləşir.
Ağlım başıma gəldi (mahnı)
Ümumi milli gəlir
Ümumi milli gəlir və ya ümumi milli məhsul (ing. gross national income (GNI), gross national product (GNP)) — iqtisadi əlaqələr nəticəsində yaranan (verilən və alınan) ilkin gəlirlərin saldosu nəzərə alınmaqla, rezident-vahidlər tərəfindən əldə edilən ilkin gəlirlərin cəmidir. Ümumi milli gəlir ÜDM-dən, başqa ölkələrə verilmiş və ya başqa ölkələrdən alınmış ilkin gəlirlər nəzərə alınmaqla hesablanır (əvvəllər ümumi milli gəlir ümumi milli məhsul adlanırdı). G N I = G D P + Money flowing from foreign countries − Money flowing to foreign countries {\displaystyle \mathrm {GNI} =\mathrm {GDP} +{\text{Money flowing from foreign countries}}-{\text{Money flowing to foreign countries}}} GNI — ÜMG GDP — ÜDM Money flowing from foreign countries — Xarici ölkələrdən pul axını Money flowing to foreign countries — Xarici ölkələrə pul axını Nominal, Atlas metodu — cari milyonlarla ABŞ dolları ilə (ilk 15) AQP – milyonlarla beynəlxalq dollar (top 15) Ümumi Milli Məhsul (ÜMM), ölkə vətəndaşlarının təmin etdiyi əməyin və əmlakın bir ildə istehsal etdiyi bütün mal və xidmətlərin bazar dəyəridir. Ümumi daxili məhsuldan (ÜDM), istehsalın coğrafi mövqeyinə əsasən istehsalın müəyyənləşdirilməsindən fərqli olaraq, ÜDM, əmlakın yerləşdiyi əraziyə görə paylanmış istehsalı göstərir. Əslində, gəliri mülk və yaşayış yerinə görə hesablayır, buna görə də adı daha az anlaşılmaz ümumi milli gəlirdir. ÜMG, ÜDM-yə və rezidentlərin xarici investisiyalardan qazandıqları bütün gəlirlərə, xarici rezidentlər tərəfindən daxili iqtisadiyyatda qazandıqları gəlirlərə bərabər olan bir iqtisadi statistikadır. GSMH texniki sənət səviyyəsinin keyfiyyətcə yaxşılaşması (məsələn, kompüterdə işləmə sürətinin artması) ilə malların kəmiyyət artımı (məsələn, istehsal olunan kompüterlərin sayı) arasında fərq qoymur və hər ikisini “iqtisadi artım” ın formaları kimi qəbul edir. Bir ölkənin kapitalı və ya işçi qüvvəsi sərhədlərindən kənarda istifadə edildikdə və ya xarici bir firma öz ərazisində fəaliyyət göstərdikdə, ÜDM və ÜDM ümumi məhsulun fərqli göstəricilərini verə bilər. Məsələn, 2009-cu ildə ABŞ ÜMG 14.119 trilyon dollar, ÜMM isə 14.265 trilyon dollar olaraq qiymətləndirdi .
Daxili gəlir dərəcəsi
Daxili gəlir dərəcəsi (daxili gəlir rentabelliyi, daxili gəlir nisbəti ing. internal rate of return, IRR) — gələcək pul vəsaitlərinin cari dəyərini və ilkin investisiyanın dəyərini bərabərləşdirən faiz dərəcəsi, xalis cari dəyər (NPV) 0-dır. NPV bu günə diskont edilmiş pul vəsaitlərinin hərəkəti əsasında hesablanır. == Tərifi == Kanadalı professor Entoni Atkinsona görə, daxili gəlir dərəcəsi investisiyadan gözlənilən faktiki gəlir dərəcəsinin dəyəridir. CF ödəniş axını üçün, burada C F t {\displaystyle CF_{t}} t {\displaystyle t} ildən sonrakı ödənişdir ( t = 1 , . . . , N {\displaystyle t=1,...,N} ) və I C = − C F 0 {\displaystyle IC=-CF_{0}} məbləğində ilkin investisiya, daxili gəlir dərəcəsi I R R {\displaystyle IRR} ifadəsindən hesablanır: N P V = − I C + ∑ t = 1 N C F t ( 1 + I R R ) t = 0 {\displaystyle NPV=-IC+\sum _{t=1}^{N}{\frac {CF_{t}}{(1+IRR)^{t}}}=0} və ya I C = ∑ t = 1 N C F t ( 1 + I R R ) t {\displaystyle IC=\sum _{t=1}^{N}{\frac {CF_{t}}{(1+IRR)^{t}}}} Elektron cədvəllərdə maliyyə funksiyalarına daxili gəlir dərəcəsini hesablamaq funksiyası daxildir. OpenOffice.org Calc daxili gəlir dərəcəsini hesablamaq üçün IRR funksiyasından istifadə edir. Microsoft Excel və ya OpenOffice.org Calc-də Məqsəd Axtarış seçimindən istifadə edərək IRR-ni təyin etmək mümkündür.
Gəlir-istehlak əyrisi
Gəlir-istehlak əyrisi — bir əmtəənin ucuzlaşması nəticəsində, real pul artır və bunun nəticəsində qalan pulun başqa bir əmtəəyə yönəldilməsidir. İqtisadiyyatda gəlir effekti real gəlirin dəyişməsi nəticəsində istehlakın dəyişməsi kimi müəyyən edilə bilər. Bu gəlir dəyişikliyi iki mənbədən birindən yarana bilər: xarici mənbələrdən və ya pulun xərcləndiyi malın qiymətində azalma (və ya artım) ilə sərbəst buraxılan (və ya hopdurulmuş) gəlirdən. Mövcud gəlirdə əvvəlki dəyişikliyin təsiri bu məqalənin qalan hissəsində müzakirə olunan gəlir-istehlak əyrisi ilə təsvir edilir, qiymətin aşağı düşməsi ilə mövcud gəlirin azad edilməsinin təsiri isə onun müşayiətedici təsiri ilə birlikdə müzakirə edilir. Məsələn, əgər istehlakçı öz gəlirinin yarısını təkcə çörəyə xərcləyirsə, çörəyin qiymətinin əlli faiz ucuzlaşması onun istifadəsində olan pulu həmin məbləğdə xərcləyə biləcəyi qədər artıracaq, yəni eyni məbləğə daha çox çörək və ya başqa bir şey ala biləcək. İstehlakçının üstünlükləri, pul gəlirləri və qiymətləri istehlakçının optimallaşdırılması probleminin həllində mühüm rol oynayır (büdcə məhdudiyyəti şəraitində onların faydalılığını maksimuma çatdırmaq üçün müxtəlif malların nə qədər istehlak ediləcəyini seçmək). İstehlakçı davranışının müqayisəli statikası ekzogen və ya müstəqil dəyişənlərdəki dəyişikliklərin (xüsusilə istehlakçıların qiymətləri və pul gəlirləri) endogen və ya asılı dəyişənlərin (istehlakçının mallara tələbləri) seçilmiş qiymətlərinə təsirini araşdırır. İstehlakçının gəliri sabit saxlanılan qiymətlərlə artdıqda, istehlakçının seçdiyi optimal paket, onlar üçün mövcud olan mümkün dəst dəyişdikcə dəyişir. Gəlir-istehlak əyrisi gəlir artdıqca büdcə məhdudiyyətini kənara çıxararaq qiymətlər sabit saxlanılmaqla, müxtəlif büdcə məhdudiyyətləri xətləri ilə laqeydlik əyrilərinin toxunma nöqtələrinin məcmusudur. == İstehlakçı nəzəriyyəsi == Gəlir effekti alıcılıq qabiliyyətinin dəyişməsi ilə müşahidə olunan bir hadisədir.
Dar ağacı üzərində sağsağan
Dar ağacı üzərində sağsağan (nid. De ekster op de galg) — Flamand rəssam Pieter Brueghelin rəsm əsəridir. 1568-ci ildə ağac üzərində yağlı boya ilə işlənmişdir. Darmştadtda yerləşən Gessen Landes muzeyində sərgilənir. == Təsviri == Şəklin mərkəzində üzərində sağsağan oturmuş dar ağacı yerləşmişdir. Quş böhtana və xəyanətə aparan boşboğazlığı təcəssüm edir. Ehtimal ki, Kəndlilərin dar ağacının altında rəqs edən obrazları "Dar ağacına gedən yollar şən çəmənliklər vasitəsilə keçir" Flamand atalar sözünə işarədir. Şəkil Breygelin (1525/30 — 1569) yaradıcılığının son dövrlərinə təsadüf edir. Şəkil Breygelin ölümünə 1 il qalmış çəkilmişdir. Rəssam işi yüksək qiymətləndirmiş və onu öz arvadı Meyken Kuka vəsiyyət etmişdir.
Dünya
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Bahar gəlir (film, 1965)
Bahar gəlir qısametrajlı sənədli televiziya filmi rejissor Arif Babayev tərəfindən 1965-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. 1965-ci ilin baharı haqqında lirik filmdir. == Məzmun == 1965-ci ilin baharı haqqında lirik filmdir.
Dünyaya İnsan Gəlir (1976)
== Məzmun == Filmdə ölkəmizin balaca vətəndaşlarına göstərilən qayğıdan, dünyaya gəldiyi ilk gündən diqqət və məhəbətlə əhatə olunmalarından, Azərbaycan Respublikasının əməkdar həkimi, Sosialist Əməyi Qəhrəmanı, Krupskaya adına doğum evinin baş həkimi Şamama Ələsgərovadan söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Rəfiqə Hüseynova Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.
Sultanlıq soydan gəlir (kitab)
Türklər gəlir: Ədalətin qılıncı
Türklər gəlir: Ədalətin qılıncı (türk. Türkler Geliyor: Adaletin Kılıcı) — ssenaristi və prodüseri Mehmed Bozdağ, rejissoru isə Kamil Aydın olan Bozdağ Film imzalı tarixi türk filmi. Film, XV əsrdə (1450-ci illərdə) Fateh Sultan Mehmetin Lazar Brankoviçin zülmünə son qoymaq üçün göndərdiyi Axıncıların əhvalatını anladır.
ABŞ-də gəlir bərabərsizliyi
Amerika Birləşmiş Ştatlarında gəlir bərabərsizliyi XX əsrin əvvəllərindən bəri aparılan ölçmələrdə qeyri-müntəzəm şəkildə artıb və azalıb. 1920-ci və 2000-ci illərdə pik həddə çatan gəlir bərabərsizliyi 1950-ci və 1980-ci illər arasında nisbətən az müşahidə edilib.
Dünya (dəqiqləşdirmə)
Dünya aşağıdakıları ifadə edir: == Ümumi izahat == Dünya mövcud olan hər şeydir — Kainat. Dünya — Yer deyil. Dünya — dar mənada, düşüncəmizə görə uzaqlarda olan mövcudluq. Məsələn, paralel dünya, virtual dünya və s. Dünya — nəzəri surətdə kainatda mövcud olan həyatların məcmusu. Dünya — sosial anlamda insan cəmiyyəti, bəşəriyyət, ölkələrin cəmi . Mənəvi dünya — insanların birgəyaşayış qaydalarının mədəni hissəsi. Daxili dünya — insan psixikasının quruluşu. Dünya — araşdırmalara görə sözün etimologiyası "əsəbləşərkən şirniyyat yeyən xanım" mənasını daşıyır. == Adlanma == Dünya, Dünyaxanım — azərbaycan qadın adı.
Dünya Ağalarova
Dünya Ağalarova Əkbər qızı (12 dekabr 1906, Şamaxı - 15 avqust 1981) – Azərbaycanın ilk geolog qadını, professor (1965). == Haqqında == Dünya Ağalarova 12 dekabr 1906-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Dünya Ağalarova 1932-ci ildə Azərbaycan Neft İnstitutunun geoloji şöbəsini bitirmişdir. Ağalarova Azərbaycanın neftli-qazlı vilayətlərinin pliosen çöküntülərinin mikrofaunasını öyrənməyə başlamış ilk alim-paleontoloqlardandır. == Əmək fəaliyyəti == Dünya Ağalarova tələbə olduğu dövrdə-1930-cu ildə Azərbaycan Neft İnstitutunda mikrofauna üzrə laborant kimi işləməyə başlamışdır. 1949-1951-ci illərdə Ağalarova Elmi-Tədqiqat Geoloji-Kəşfiyyat Neft İnstitutunda və Neft Texnikumunda müəllim işləmişdir. 1951-1954-cü illərdə Dünya Ağalarova Türkmənistan Elmlər Akademiyası Geologiya İnstitutuna çalışmış və həmçinin orada paleontolgiya şöbəsinə rəhbərlik etməklə yanaşı, Türkmənistan Dövlət Universitetində paleontologiyadan mühazirələr oxumuşdur. O, 1954-cü ildə Bakıya qayıdır və neft çıxarılması üzrə AzETİ-də böyük elmi işçi işləyir. 1960-cı ildən ömrünün sonuna kimi stratiqrafiya laboratoriyasına rəhbərlik etmişdir. Onun məhsuldar qatın mikrofaunistik xarakteristikası üzrə tədqiqatları böyük əhəmiyyət daşıyırdı.
Dünya Bankı
Dünya Bankı (ing. World Bank) — dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. == Strukturları == == Əsas məqsədi == Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.